Hizbullahın bütün qırmızı xətləri keçdiyinə şübhə yoxdur.
AzerTimes xəbər verir ki, bu sözləri İsrail xarici işlər naziri İsrail Katz Livandan Qolon təpələrində yerləşən Məcdəl-Şəmsə zərbə endirilməsini şərh edərkən deyib.
O bildirib ki, hücumdan sonra Baş nazir Netanyahu ilə müzakirə aparıb:
“Biz total müharibə ilə üz-üzəyik. Şübhə etmirəm ki, bunun əvəzini verəcəyik”.
Katz İsrailin mümkün cavab tədbirləri haqda danışmayıb.
Qeyd edək ki, Livandan Məcdəl-Şəmsdəki stadiona endirilən zərbə nəticəsində 9 nəfərin öldüyü, 30 nəfərin yaralandığı bildirilir.