Hizbullah bir gecədə 300-dən çox raket atdı: İsraildən cavab

Hizbullah bir gecədə 300-dən çox raket atdı: İsraildən cavab

Hizbullah Beyrutda hərbi qanad komandiri Fuad Şükrün öldürülməsinə cavab olaraq İsrailə zərbələr endirib.

AzerTimes xəbər verir ki, bu barədə hərəkatın Teleqram kanalında məlumat verilib.

Livandan İsrailə doğru 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub.

İsrail müdafiə naziri Yoav Qallant növbəti 48 saat ərzində ölkədə fövqəladə vəziyyət elan edib.

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda Hizbullah obyektlərinə zərbələrə başlayıb.

Məlumata görə, hava hərəkatında 100-ə yaxın qırıcı iştirak edir.

Teqlər: