Hizbullah “Ben Qurion” hava limanını vurmaq istəyib

Hizbullah “Ben Qurion” hava limanını vurmaq istəyib

Hizbullah İsrailin “Ben Qurion” hava limanına hücum etməyi planlaşdırıb.

AzerTimes Publika.az-a istinadla xəbər verir ki, bu barədə İsrailin “Ynet” nəşri məlumat yayıb.

Məlumata görə, hücum təhlükəsi səbəbilə hava limanının fəaliyyəti dayandırılıb. Hazırda isə “Ben Qurion” fəaliyyətini bərpa edib.

“Yerusəlim Post” qəzeti yazır ki, Ramon hava limanına istiqamətləndirilən təyyarələr yerli vaxtla saat 7:00-dan etibarən yenidən Tel-Əvivdə qəbul edilib.

Qeyd edək ki, Hizbullahın öz bəyanatlarına görə, bu gün səhər İsrailə 300-dən çox PUA və raket zərbəsi endirilib.

Teqlər: