Hizbullah rəhbərliyində olan əsas şəxslərin ölümündən sonra təşkilat bərpa olunmağı və idarəetməni qurmağı bacarıb.
AzerTimes xəbər verir ki, bu barədə Hizbullahın baş katibinin müavin Naim Qasem deyib.
“Bərpa olunduq və idarəetməni qurduq. Boş vəzifələr yoxdur. Hər vəzifəyə əvəzetmə üçün namizəd mövcuddur”, – deyə o bildirib.