Hizbullah ilk dəfə İsrailin şimalında yaşayan əhalinin təxliyə olunması ilə bağlı xəbərdarlıq edib.
AzerTimes xəbər verir ki, bu barədə “Əl Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, xəbərdarlıq İsrailin şimal hissəsində, Livanla sərhəddən 3-22 km aralığında yerləşən və təxminən 200 min İsrail vətəndaşının yaşadığı 25 yaşayış məntəqəsinə aiddir.
Sakinlərə xəbərdarlıq edilib ki, dərhal yaşayış yerlərini boşaltsınlar.
Həmin ərazilərin İsrailin hərbi qüvvələrinin toplanış yerinə çevrildiyi də vurğulanıb.