Hiyləyə baxın: Şərif Bakıda ikən iki hind “yaralandı”

Hiyləyə baxın: Şərif Bakıda ikən iki hind “yaralandı”

Ermənistanın silahlı təxribatları proqnozlaşdırılan idi. Əvvəlki şərhlərimdə dəfələrlə demişəm ki, belə təxribatlar olub və təbii ki, olacaq. Ermənistanın son günlər gördüyü iş sadəcə sürünən reviziya deyil, əslində hər hansı razılaşmaları pozmaq, rədd etmək cəhdidir.

AzerTimes xəbər verir ki, bunu “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Bütün bunlar Ermənistanın eyni təxribatçı siyasətinin davamıdır. İrəvan çalışır ki, nəinki Rusiya və Azərbaycanla əldə edilmiş razılaşmaları pozsun, həm də vəziyyət məhdud və ya tammiqyaslı hərbi münaqişəyə çevrilərsə, özü üçün müəyyən üstünlükləri təmin etsin”, – o bildirib.

Korotçenko qeyd edib ki, erməni tərəfi də Hindistan işçilərinin guya yaralandığını bildirib:

“Ermənistanın Azərbaycanla Hindistanı qarşı-qarşıya qoymaq cəhdi göz qabağındadır. İrəvan diqqətini Hindistana cəmləyir. Onlarla diplomatik yolla əlaqə qurur, onlardan müasir zərbə silahları almağa çalışır. Ötən gün Prezident İlham Əliyev Bakıda Pakistanın Baş naziri ilə görüşüb. Belə olan halda Ermənistanın təxribatı situasiyaya tam uyğun gəlir: Hindistanla Pakistan arasında ziddiyyətli, qarşıdurma münasibətlərinin üzərinə kart oynanılır. İrəvanın geosiyasi məqsədləri bəllidir: Hindistanı Azərbaycana qarşı qoymaq”.

Teqlər: