Hirkan milli Parkının direktorunun saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
AzerTimes xəbər verir ki, bu barədə Trend-ə açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinjn Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
O bildirib ki, yayılan məlumatlar yalandır.
“Ağacların kəsilməsi ilə bağlı Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən Hirkan Milli parkında araşdırma başlanıb. Hadisədə şübhəli şəxslər dindirilir. Hirkan Milli parkının direktorunun saxlanılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”,- İ. İbrahimova deyib.
Xatırladaq ki, sosial şəbəkələrdə Hirkan Milli Parkının direktorunun saxlanılması və həbsi barədə məlumatlar yayılıb.