“Hindistanlı Nostradamus” adlandırılan məşhur hind astroloqu Kuşal Kumar Üçüncü Dünya müharibəsinin başlaması üçün yeni bir tarix təyin edib.
AzerTimes xəbər verir ki, onun proqnozuna görə, Üçüncü Dünya müharibəsi ya avqustun 4-də, ya da 5-də başlayacaq.
Qeyd edək ki, Kumar Üçüncü Dünya müharibəsinin başlama tarixi ilə bağlı dəfələrlə proqnozlar verib, lakin indiyədək onların heç biri özünü doğrultmayıb. O, daha əvvəl müharibənin 2024-cü il iyunun 18-də başlayacağını bildirsə də, bu tarix insidentsiz keçib. Daha sonra o, Dünya müharibəsinin ya iyulun 26-da, ya da 28-də başlayacağını elan etmişdi.
Bundan öncə o, İsraillə-HƏMAS və Rusiya-Ukrayna müharibəsini proqnozlaşdırmaqla məşhurlaşıb.