Hindistanın paytaxtı Delhi şəhərinin səlahiyyətliləri bölgədə koronavirusun yayılmasına qarşı tədbiq edilən məhdudiyyətlərin yumşaldılması barədə qərar qəbul ediblər.
Trend -in məlumatına görə, bu gündən etibarən qeyd edilən ərazidə metro və avtobuslar tam qrafiklə xidmət göstərəcək, kinoteatrlar isə yarısına qədər dolmaq şərti ilə işləyəcəklər.
Bütün mağazalara tam həftə müddəti saat 10:00-dan 20:00-dək fəaliyyət göstərməyə icazə veriləcək. Toy və dəfn mərasimlərində toplanma həddi 50 nəfərdən 100-ə qaldırılıb.
Qeyd edilir ki, məhdudiyyətlərdə yumşalmalar barədə qərar paytaxtda “COVID-19” virusuna yoluxma saylarının azalması fonunda qəbul edilib.