Hindistanın müstəqilliyinin 75-ci ildönümünü qeyd olunacaq (FOTO)

Hindistan Hökuməti 15 avqust 2022-ci il tarixində müstəqilliyinin 75-ci ildönümünü qeyd edəcək və Hindistanın müstəqilliyinin 75-ci ildönümü münasibətilə keçirilən festival müstəqilliyin 75 illiyinin qeyd olunacağı 15 avqust 2022-ci il tarixindən 75 həftə əvvəl başladı.

Tədbirlər 15 avqust 2023-cü ilə qədər davam edəcək.

Trend xəbər verir ki, tədbirlərin tərkib hissəsi kimi, Hindistanın Bakıdakı Səfirliyi 30 mart 2021-ci il tarixində onlayn interaktiv tədbir təşkil etdi. Tədbir Hindistan səfiri Zati-aliləri cənab B. Vanlalvavnanın açılış nitqi ilə başladı. Mili Məclisin deputatı və Azərbaycan-Hindistan parlament əlaqələri üzrə İşçi Qrupunun rəhbəri Zati-aliləri cənab Naqif Həmzəyev tədbirə fəxri qonaq qismində iştirak etdi. Tədbirdə Hindistan diasporunun üzvləri və Hindistanın Azərbaycandakı dostları iştirak etdilər.

Tədbir iştirakçılarını salamlayan Hindistan səfiri, tədbirlərin əsasını təşkil edən 5 hissədən – azadlıq mübarizəsi, ideyalar, nailiyyətlər, fəaliyyətlər və qətiyyət barəsində danışdı və hər kəsi 75-ci ildönümünün qeyd olunması münasibətilə keçirilən tədbirlərə qoşulmağa dəvət etdi. Azadlıq uğrunda mübarizə aparan döyüşçülərin etdiyi saysız-hesabsız fədakarlığı böyük ehtiramla yad edən Səfir, fədakarlıqların sayəsində Hindistanın təməli olan demokratik qurumların illər keçdikcə inkişaf etdiyini və gücləndiyini söylədi. Səfir, həmçinin Hindistanın qlobal iqtisadiyyatda payının artırılmasında Atmarnirbhar Bharat kampaniyasının verdiyi əhəmiyyətdən bəhs etdi.

Cənab Naqif Həmzəyev çıxışında qeyd etdi ki, Hindistan ən böyük konstitusiya respublikasıdır. Hindistanın iqtisadiyyatı dünyanın ən sürətli böyüyən iqtisadiyyatıdır və iqtisadiyyatın artım nisbəti təxminən 7,5%-dir. Eyni zamanda Hindistan qlobal istehsal və innovasiya mərkəzidir. Daha sonra o bildirdi ki, Hindistanın canlı xarici siyasəti və ikitərəfli və çoxtərəfli səviyyələrdə diplomatik əlaqələri var. O, Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərin xüsusi əhəmiyyət daşıdığını söylədi. Hindistan və Azərbaycanın sivil əlaqələri, mədəni yaxınlıqları və digər mədəniyyətlərə hörmət və anlaşma dəyərlərinə əsaslanan dostluq əlaqələri və inkişaf edən ikitərəfli əməkdaşlıq əlaqələri olduğunu söylədi.

Proqram zamanı İkinci katib cənab Suceş Çandra Sinha tərəfindən Hindistanın əldə etdiyi müvəffəqiyyətlərə dair təqdimat edildi. Azərbaycandakı Hindistan diasporasının rəhbərləri cənab Jacob Mathew, cənab Anand Menon və xanım Srucana Çandra Hindistanın müstəqilliyinin 75-ci ildönümünün qeyd olunması ilə əlaqəli mövzularda çıxış etdilər.

Teqlər: