Xəbər - Orxan Nəbiyev – Trend:
Hindistan silahlı qüvvələrinin Baş qərargah rəisi Bipin Ravat Tamilnad ştatında baş vermiş helikopter qəzası nəticəsində həlak olub.
Trend-in məlumatına görə, bu barədə Hindistan Hərbi Hava Qüvvələrinin mətbuat xidməti “Twitter” səhifəsində bildirib.
Qəza nəticəsində helikopterdə 14 nəfərdən 13-ü həlak olub. Baş qərargah rəisi ilə yanaşı, onun həyat yoldaşı da ölənlər arasında olub.
Qeyd edək ki, səhər saatlarında qəza nəticəsində dörd nəfərin həlak olduğu bildirilirdi.