Hindistanın baş naziri Narendra Modi koronavirusa qarşı peyvənd olunub.
AzerTimes-ın məlumatına görə, bu barədə baş nazir özünün “Twitter” səhifəsində yazıb.
N.Modi bildirib: “AIIMS-də (ÜmumHindistan Tibbi Tədqiqat İnstitutu – red.) COVİD-19-a qarşı peyvəndimin ilk dozasını aldım. Həkimlərimizin və alimlərimizin COVID-19-a qarşı qlobal mübarizəni gücləndirmək üçün belə sürətlə çalışmaqları çox gözəldir. Peyvənd almaq hüququ olan hər kəsə müraciət edirəm: Gəlin birlikdə Hindistanı COVID-19-dan azad edək”.
Qeyd edək ki, Hindistanda bu gün vaksinasiya kampaniyasının ikinci mərhələsi başlayıb.