Hindistanın Bakıdakı səfirliyi Mahatma Qandinin doğum gününün 152-ci ildönümünü qeyd edib (FOTO)

Hindistanın Azərbaycandakı Səfirliyi ölkəsinin müstəqilliyinin 75 illiyi ilə əlaqədar olaraq keçirilən “Azadi Ka Amrit Mahotsav” adlı bayram tədbirləri çərçivəsində Mahatma Qandinin doğum gününün 152-ci ildönümünü qeyd etmək üçün 2 oktyabr 2021-ci il tarixində tədbir təşkil edib.

Səfirlikdən AzerTimes-a verilən məlumata görə, tədbirdə Azərbaycan Dillər Universiteti (ADU) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aparıcı alimləri, o cümlədən ADU-nun prorektoru, doktor Jalə Qəribova iştirak edib. Tədbirə, həmçinin Hindistan diasporunun üzvləri, media nümayəndələri və Hindistanın Azərbaycandakı dostları qatılıb.

Günün əvvəlində Hindistanın Mədəni Əlaqələr Şurası tərəfindən hazırlanmış “Yugpurush Mahatma’s Mahatma” adlı sənədli film və beynəlxalq aləmdə tanınmış natiq Dr. Şobhana Radhakrişnanın təqdimatında “Mahatma Qandinin həqiqət, qeyri-zorakılıq və sülh yolunda qlobal səyləri” adlı virtual çıxışı canlı yayımlanıb.


Hindistan Səfiri cənab Bavitlunq Vanlalvavna tədbirdə açılış nitqində Mahatma Qandinin həyat və nəsihətlərindən danışıb və onların müasir dünyada aktual qadlığını vurğulayıb. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya Ədəbi Əlaqələri Şöbəsinin müdiri Bədirxan Əhmədov Mahatma Qandinin həyat və fəlsəfəsindən danışıb, Azərbaycan Dillər Universitetinin Regionşünaslıq kafedrasının professoru Orxan Nəbiyev isə “Fədakarlıq və qeyri-zorakılıq Qandinin fəlsəfəsi və həyatının əsas fəziləti kimi” mövzusunda çıxış edib.

Tədbirdə, həmçinin hindistanlı uşaqların və azərbaycanlı sənətkarın Mahatma Qandi ilə bağlı mövzularda çıxışları yer alıb.

Teqlər: