Hindistanın Bakıdakı səfirliyi ADU-da mədəniyyət proqramı təşkil edib (FOTO)

Hindistanın Bakıdakı səfirliyi Azərbaycan Dillər Universitetinin
(ADU) dəstəyi ilə mayın 31-də ADU-da Bollivud Rəqsləri və Mahnıları
mövzusunda mədəniyyət proqramı təşkil edib.

Azərbaycanlı müğənni və rəqqasların heyrətamiz çıxışları
hamının, o cümlədən universitet tələbələrinin zövqünü oxşayıb.

Açılış nitqi ilə çıxış edən Hindistan səfiri B. Vanlalvavna
ADU-ya göstərdiyi dəstəyə görə və bütün sənətçilərə gözəl
çıxışlarına görə təşəkkür edib.

Tədbirdə ADU-nun prorektoru cənab Novruz Məmmədov, ADU-nun
Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri cənab Anar Rəhimov və
universitetin digər rəsmiləri iştirak ediblər.

Teqlər: