Hindistanın müdafiə naziri Şri Racnat Sinqhlə Rusiya müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda Sinqhin rusiyalı həmkarı Şoyquya Ukraynadakı müharibədə nüvə variantına əl atmamağın vacib olduğunu söylədiyi vurğulanıb.
Sinqh həmkarına bildirib ki, Hindistanın mövqeyi münaqişənin ən qısa zamanda həlli üçün dialoq və diplomatiya yolu ilə getməyin zəruriliyidir.