Son bir neçə gündə Hindistanın Nasik hava limanından Ermənistana bir neçə yük reysi qeydə alınıb.
AzerTimes xəbər verir ki, bu barədə “301arm” resursunun X səhifəsində məlumat verilib.
Məlumatda sözügedən hava limanının yaxınlığında Hindistanın HAL (Hindustan Aeronautics Limited) kompaniyasına məxsus obyektlərin yerləşdiyi bildirilib.
Qeyd edək ki, Hindistanın aerokosmik müdafiə sahəsində xəbərlər üzrə ixtisaslaşmış IADN nəşri strateji əhəmiyyət daşıyan ixraca xidmət etmək üçün Ermənistana hava dəhlizi yaradılacağı xəbərini yayıb.