Hindistan və Ermənistan arasında İrandan keçən ticarət yolu (Çabahar limanı) 2024-cü ilin mayına qədər açılacaq.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib.
“İrandan keçməklə Hindistan (Mumbay limanı – red.) və Ermənistan arasında (Çabahar limanından) fəaliyyət göstərəcək ticarət marşrutunun bu ilin may ayına qədər açılması üçün bütün məsələləri həll etməyə razılaşdıq”, – o bildirib.