Hindistanda yol qəzasında 14 nəfər öldü

Hindistanın Andhra-Pradeş ştatında baş verən yol qəzasında 14 nəfər ölüb, 4 nəfər yaralanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “The Times of India” qəzeti xəbər verib.

Məlumata əsasən, Karnul dairəsi ərazisindəki yolda mikroavtobus ilə yük maşını toqquşdu, 14 nəfər yerindəcə həlak olub.

Ölənlər arasında bir uşaq olduğu qeyd edilib. İki uşaq da daxil olmaqla dörd nəfər ağır yaralanıb.

Bildirilib ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kritik olaraq qiymətləndirilir.