Xəbər - Orxan Nəbiyev – Trend:
Hindistanda 12-14 yaşlı uşaqların koronavirus əleyhinə
peyvəndlənməsi başlayıb.
Trend-in
məlumatına görə, bu barədə ölkənin baş naziri Narendra Modi
bildirib.
Onun sözlərinə görə, bugünədək Hindistanda əhaliyə 1,8 milyard
doza vaksin vurulub. Eyni zamanda 90 milyon dozadan çox vaksin
15-17 yaşlı yeniyetmələr üçün istifadə olunub.
Bundan başqa, martın 16-dan başlayaraq 60 yaşdan yuxarı
Hindistan vətəndaşları üçüncü doza vaksinlə peyvənd oluna
bilər.
Qeyd edək ki, bugünədək Hindistan 43 milyona yaxın şəxs
koronavirusa yoluxub, ölənlərin sayı 512 min nəfəri ötüb.