Hindistanın Bharuh şəhərindəki xəstəxanada baş verən yanğında ölənlərin sayı 18-ə yüksəlib.
AzerTimes-ın məlumatına görə, bu barədə Hindustan Times qəzeti polisə istinadən bildirib.
Yerli polis nümayəndəsi bildirib ki, yerli vaxtla saat 06:30 üçün ölənlərin sayı 18 nəfər təşkil edib: “Yanğından dərhal sonra 12 nəfərin ölümü təsdiqlənib”.
Onun sözlərinə görə, koronavirus şöbəsində müalicə alan 12 xəstə yanğında və ya yanma məhsulları ilə zəhərlənərək öldü. Qalan altı xəstənin yanğında və ya digər xəstəxanalara aparılarkən öldüyü hələki dəqiqləşdirilməyib.
Yanğın COVID-19 xəstələri üçün şöbədə başlayıb, bir saat ərzində yanğın söndürülüb.