Hindistanın Mumbay şəhərində sərnişin qatarının üç vaqonu
relsdən çıxıb.
Trend-in
məlumatına görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət
alıb.
Qeyd olunur ki, vaqonlar qatar yola düşdükdən qısa müddət sonra
relsdən çıxaraq aşıb. İlkin məlumatlara görə, hadisə qatarın həmin
xəttə hərəkət edən digər qatarla toqquşması nəticəsində baş
verib.
Toqquşma zamanı qatar yeni sürət yığmağa başladığı üçün xəsarət
alanların sayı az olub.