Hindistanda yeni morq qalmaqalı yaşanıb. Sağ adamın öləcəyini düşünən həkimlər onu xəstəxanadan çıxarıblar.
Orqan çatışmazlığından əziyyət çəkən 40 yaşlı qadını yaxınları bir neçə ay öncə xəstəxanaya gətiriblər. İki ay müalicə alan qadının səhhətində dəyişiklik olmayıb. Həkimlər artıq onun yaşamasının mümkün olmadığını deyib və evə aparmağı məsləhət görüblər.
Evdə isə yaxınları onun heç hərəkət etmədiyini görərək öldüyünü zənn edib və morqa yerləşdiriblər.
Lakin meyiti aparmağa gələn qohumlar Ratham adlı qadının nəfəs aldığını görüblər. Bir saat morqda meyitlərlə qalan qadının yaşadığını görən yaxınları onu dərhal başqa bir özəl xəstəxanaya yerləşdiriblər.