Hindistanın Yeni Dehli şəhərində son 74 ilin ən uzun istilik mövsümü qeydə alınıb.
AzerTimes xəbər verir ki, bu barədə “Tayms of İndia” məlumat yayıb.
“Termometrlərin gün ərzində ən azı müsbət 40 dərəcəni göstərdiyi istilik dövrü 39 gündür ki, davam edir. Bu müddət ərzində gündüz havanın temperaturu 7 gün dalbadal 45 dərəcədən çox olub ki, bu da şəhər üçün yeni rekorddur. Hindistan meteoroloqları tərəfindən mayın 28-də şəhərin Mangeşpur və Narela rayonlarında rekord həddə – 49,9 dərəcə istilik qeydə alınıb”, – məlumatda deyilib.
Hindistan Meteorologiya Departamentinin məlumatına görə, 1951-ci ildən bəri Yeni Dehlidə 2024-cü ildəki kimi uzun isti mövsümü olmayıb.