Hindistanda qayıq batdı: azı 20 nəfər öldü

Hindistanda qayıq batdı: azı 20 nəfər öldü

Hindistanın mərkəzi Uttar-Pradeş ştatındakı Yamuna çayında 30 sərnişini daşıyan qayıq batıb.

AzerTimes xəbər verir ki, bu barədə “İndia Tudey” telekanalı məlumat yayıb.

Məlumata əsasən, qəzada ölənlərin sayı azı 20 nəfərdir.

Hazırda qəza yerində xilasetmə əməliyyatı davam edir və qurbanların sayının artacağı ehtimal olunur.

Teqlər: