Hindistanda ötən sutka koronavirusa 62,7 mindən çox yoluxma halı qeydə alınıb

Hindistanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 62,7 min nəfər yoluxub. Bu, son beş ayda sutka ərzində koronavirusa rekord sayda yoluxma hadisəsidir.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.


Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 11,97 milyona, virusdan ölənlərin sayı isə son sutkada 312 olmaqla 161 minə nəfərə çatıb.

Teqlər: