Hindistanda omikrona qarşı vaksin hazırlanır

Xəbər - Orxan Nəbiyev – Trend:

Hindistanın “Gennova Biopharmaceuticals” əczaçılıq şirkəti koronavirusun omikron ştammına qarşı xüsusi vaksinin hazırlanması üzərində işləyir.

Trend-in məlumatına görə, bu barədə “Reuters” agentliyi bildirib.

Qeyd olunur ki, vaksin yaxın iki ay ərzində təqdim oluna bilər. Məlumata əsasən, qısa sınaq müddətindən sonra vaksini koronavirusa qarşı “buster” doza qismində istifadə etmək mümkün olacaq.


Vaksin sınaqlarının ilk iki mərhələsi preparatın təhlükəsiz olduğunu göstərib.

Qeyd edək ki, Hindistanda indiyədək əhalinin 92 faizi 1,56 milyard dozadan çox vaksinlə peyvəndlənib. Hindistanda bugünədək 37 milyondan çox şəxs koronavirusa yoluxub, 488 451 nəfər ölüb.