Hindistanın cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 300-ə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.
Qeyd edək ki, iyulun 30-da Kerala ştatının cənubundakı Vayanad rayonunda çoxsaylı torpaq sürüşmələri baş verib, çoxlu sayda insan ölüb.
İtkin düşənlərin axtarışı və dağıntılar altından ölənlərin cəsədlərinin çıxarılması üçün təbii fəlakət zonasında genişmiqyaslı xilasetmə əməliyyatı davam edir.