Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-21 qırıcı təyyarəsi ölkənin şimal-qərbindəki Racastan əyalətinin Suratqarh şəhəri yaxınlığında qəzaya uğrayıb.
AzerTimes xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Məlumata görə, planlaşdırılmış təlim uçuşu zamanı qırıcı təyyarənin kənd evinə çırpılması nəticəsində 3 nəfər ölüb. Pilot qəza zamanı təyyarədən atıldığı üçün yüngül xəsarətlər alıb.
Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.