Hindistanın şimalındakı Uttarhand ştatının Haldvani şəhərində məscid və mədrəsənin sökülməsinə etiraz edən sakinlərlə polis arasında toqquşmalar baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.
“Toqquşmalar nəticəsində 4 nəfər ölüb, yerli administrasiyanın işçiləri və jurnalistlər də daxil olmaqla, 150 nəfər yaralanıb. Polis əməkdaşları arasında da 100-dən çox yaralı var”, – məlumatda qeyd olunub.