Hindistanın Kerala ştatında güclü musson yağışlarının səbəb olduğu torpaq sürüşməsi, su basma və çökmə nəticəsində ölənlərin sayı 18-ə yüksəlib.
AzerTimes-ın məlumatına görə, bu barədə Hindustan Times qəzeti xəbər verib.
Məlumata əsasən, onlarla insan itkin düşmüş hesab olunur.
Daha əvvəl NDTV kanalı 5 nəfərin ölməsi barədə məlumat verib.