Hindistanda leysan yağışları ilə əlaqədar xəbərdarlıq elan edilib

Hindistanın Tamilnad ştatında davam edən leysan səbəbindən ən yüksək xəbərdarlıq rejimi elan edilib. Təbii fəlakət nəticəsində 5 nəfər həlak olub.

AzerTimes-ın məlumatına görə, bu barədə Indian Express qəzeti xəbər verib.

Hindistan Meteorologiya Departamentinin bülleteninə görə, Benqal körfəzində formalaşan aşağı təzyiq zonası səbəbindən bu ştatda üç gündür ki yağan leysan yağışlar hələ də davam edir.