Hindistanın qərbindəki Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində azı 40 nəfər ölüb.
AzerTimes xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.
Körpü üzərində 500-ə yaxın insan olan zaman dağılıb. 100-dən çox insan su altında qalıb. Xilasedicilər hadisə yerindədir.
Faciə Maççxu çayı üzərindəki Morbi körpüsündə baş verib.