Hindistanın şərqində tikilməkdə olan dəmir yolu körpüsünün uçması nəticəsində azı 17 nəfər ölüb.
AzerTimes xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Hadisə Aical şəhərindən təxminən 20 km şimal-qərbdə baş verib.
“İndiyədək 17 nəfərin meyiti tapılıb, bir çoxu itkin düşüb”, – polis əməkdaşı bildirib.
İlkin məlumatlara görə, hadisə zamanı tikintidə 35-40 nəfər olub.
Hazırda xilasetmə işləri aparılır.