Hindistanda ötən sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) rekord sayda – 3 689 ölüm halı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, son sutka koronavirusa daha 392 488 nəfər yoluxub.
Bildirilir ki, ümumilikdə koronavirusa yoluxanların sayı 19 557 457 nəfərə, koronavirusdan ölənlərin sayı isə 215 542 nəfərə çatıb.