Xəbər - Orxan Nəbiyev – Trend:
Hindistanın bir neçə ştatında ildırım vurması nəticəsində 49 nəfər həlak olub.
AzerTimes-ın məlumatına görə, Uttar-Pradeş ştatında 30 nəfər, Racasthan ştatında 19 nəfər həyatını itirib.
Qeyd olunur ki, Racasthanın Caypur şəhərində ildırım 11 nəfəri qalanın üzərində şəkil çəkdirərkən vurub.
Ölkənin baş naziri Narendra Modei həlak olanların yaxınlarına maddi yardımın olunacağını bildirib.