Hindistanın Uttar Pradeş ştatında dini ibadətgahda ayin zamanı baş verən izdihamda çoxu qadın olmaqla, azı 107 nəfər ölüb.
AzerTimes Hindistan mediasına istinadla xəbər verir ki, hadisə ştatın Hathras bölgəsinin Muğal Qarhi kəndində baş verib.
Ölənlər arasında uşaqlar da var. Hadisə baş verən vaxt havanın hərarətinin isti olması ölüm hallarının çoxalmasına səbəb gətirib çıxarıb.
Ölənlərin sayının artması ehtimalı var. Çünki xəsarət alanlar müxtəlif xəstəxanalara yerləşdirilib. Hazırda məlumatlar dəqiqləşdirilir.