Hindistanın Assam ştatında son iki gündə ildırım çaxması, leysan
və külək fırtınaları nəticəsində azı 11 nəfər ölüb.
AzerTimes-ın
məlumatına görə, bu barədə “NDTV” televiziya kanalı xəbər
verib.
Məlumata əsasən, aprel 14-ü axşamından etibarən ştatda ildırmla
müşayiət olunan güclü yağışlar davam edir. İldırm çaxması zamanı
Dibruqarh dairəsində dörd nəfər, Barpeta və Tinsukia dairələrində
müvafiq olaraq üç nəfər, Qoalpara dairəsində bir nəfər həlak
olub.