Hindistanda insanı qorxuya salan görünüşə malik olan körpə ölüb. İstiPress-in məlumatına görə, uşaq bir neçə gün öncə Uttar Pradeş ştataında dünyaya gəlib. Lakin o görüntüsü ilə bütün ölkədə məşhur ola bilib.
Yerli sakinlərin olduqca qəribə görünüşünə görə “yad” adlandırdığı uşaq cəmi 2 gün yaşayıb.
Uşağı hindlilər Ridli Skotun fantastik janrda çəkdiyi filmdəki yadplanetliyə bənzədiblər. Belə ki, körpənin qulaqları və burnu olmayıb. Ağzı nəhəng olan uşağın gözləri də bərəli formada və yuvasından çox çıxmış şəkildə idi.
Uşağın anasının sözləriə görə, körpənin vəziyyəti yaxşı olub. O, demək olar ki, ağlamayıb. Lakin dünyaya gəldiyi ikinci gündə yatıb və ayılmayıb.
Qəribə görünüşlü uşağın doğulduğu eşidən ştat sakinin evinin qarşısında iki gündə uzun insan növbələri əksik olmayıb. Valideynlərinin sözlərinə görə, bütün qohumlar, qonşular və yadlar ona baxmaq üçün evlərinə axın ediblər.