Xəbər - Orxan Nəbiyev – Trend:
Hindistanın şimalındakı Uttar-Pradeş ştatında denge qızdırmasından vəfat edənlərin sayı 114 nəfərə çatıb.
Trend-in məlumatına görə, iki həftə əvvəl başlamış epidemiyadan ölənlərin 88 nəfəri uşaq olub.
Hazırda ştat ərazisindəki xəstəxanalarda 12 mindən çox xəstə denge qızdırmasından müalicə olunur.
Uttar-Pradeşdə məktəblərdə 1-8-ci siniflər üzrə dərslər dayandırılıb.
Qeyd edək ki, denge qızdırmasının əsas daşıyıcıları ağcaqanadlar hesab olunur. Hazırda Hindistanda yağıntılar mövsümü olduğu üçün bu cür ağcaqanadların sayı kəskin artıb.