Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 14-ə çatıb

Hindistanın şimal-şərqindəki Assam əyalətində bir həftəyə
yaxındır yağan leysan yağışları daşqınlara səbəb olub.

AzerTimes-ın “NDTV” telekanalına istinadən verdiyi xəbər görə,
daşqınlar nəticəsində ölənlərin sayı 14-ə çatıb, 7 nəfər itkin
düşüb.

Məlumata əsasən, ümumilikdə Assam əyalətinin 29 dairəsində 700
min sakin təbii fəlakətdən zərər çəkib, 2,2 mindən çox kənd su
altında qalıb.

Hindistan Hərbi Hava Qüvvələrinin helikopterləri xilasetmə
əməliyyatlarında iştirak edir. Bir çox yaşayış məntəqələrinə torpaq
yolu ilə getmək mümkün deyil. İnsanlar müvəqqəti düşərgələrə
təxliyə edilir.