Hindistanın mərkəzi ştatı Madhya-Pradeşdə sərnişin avtobusu ilə yük maşını ilə toqquşub.
AzerTimes xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.
Toqquşma nəticəsində azı 15 nəfər ölüb, 40-a yaxın insan isə yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb. Bəzi yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Artıq polis hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.