Hindistanda sərnişin avtobusu yol kənarındakı xəndəyə düşüb.
AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, hadisə Uttar Pradeş ştatında baş verib.
Qəza nəticəsində ən azı 10 nəfər ölüb, 30-dan çox insan yaralanıb. İlkin məlumata görə, hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.