Hindistanın Heydərabad şəhərində plastik tullantılar anbarında
baş verən yanğında azı 11 işçi-miqrant ölüb.
Trend yerli KİV-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla
saat 03:00 radələrində baş verib. Dərhal hadisə yerinə cəlb olunan
yanğınsöndürmə qrupları 4 saatdan sonra alovu söndürüblər.
Yanmış ərazinin kəşfiyyatı zamanı 11 nəfərin cəsədi aşkarlanıb.
İlkin məlumata görə, onlar Bihar əyalətindən işləmək üçün
Heydərabada gələn miqrantlardı.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır.