Hindistanın beş əsgəri Ladakxın dağlıq ittifaq ərazisində tankı Şayok çayından keçirərkən həlak olub.
AzerTimes xəbər verir ki, bu barədə Hindistanın 14-cü Ordu Korpusunun mətbuat xidməti məlumat yayıb.
“Quru qoşunların tankı suyun səviyyəsinin qəfil qalxması səbəbindən Şərqi Ladakxın Saser-Branqsa yaxınlığındakı Şayok çayında qalıb. Xilasetmə qrupları hadisə yerinə gəlib, lakin güclü axınlar və suyun səviyyəsinin yüksək olması səbəbindən xilasetmə əməliyyatı uğursuz alınıb və ekipaj üzvləri həlak olub”, – məlumatda qeyd olunub.