Hindistanın Maharaştra ştatının Buldhana dairəsindəki Samruddi şosesində baş verən ağır qəzada nəqliyyat vasitəsinin alışması nəticəsində 25 nəfər yanaraq ölüb.
AzerTimes xəbər verir ki. bu barədə Hindistan mediası məlumat yayıb.
İlkin məlumata görə, avtobus hərəkətdə olarkən təkəri partlayıb və o, dirəyə çırpılıb. Avtobusda ümumilikdə 33 sərnişin olub. Onlardan cəmi 8 nəfər xilas edilib və xəstəxanalara yerləşdirilib.