Hindistanın meteorologiya departamenti ölkənin qərbindəki Qucarat ştatının sahilboyu yaşayış məntəqələrində “Biparcoy” fırtınası ilə əlaqədar xəbərdarlıq elan edib.
AzerTimes xəbər verir ki, Ərəb dənizindən saatda 7 kilometr sürətlə Qucarat ştatına çatan qasırğanın iyunun 15-dək ciddi fəsadların törədə biləcəyi, tikililəri dağıdacağı, kommunikasiya xətlərinə ziyan vuracağı proqnozlaşdırılıb.
Küləyin sürətinin saatda 150 kilometrə çatacağı bildirilir. Ehtimal olunan təbii fəlakətlə mübarizə üçün müvafiq qurumlara tapşırıqlar verilib.
“Biparcoy” ilə əlaqədar bölgədə balıqçılara növbəti 5 gün ərzində dənizə çıxmamaq tövsiyə olunub.