Hindistan yeni ballistik raketini sınaqdan keçirdi

Hindistan yeni ballistik raketini sınaqdan keçirdi

Hindistan nüvə başlığı daşıya bilən Agni-III ballistik raketinin sınaq buraxılışını həyata keçirib.

AzerTimes xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, raket Hindistanın şərqində yerləşən Orissa ştatının Abdul Kalam adasındakı sınaq poliqonundan buraxılıb.

Qeyd edək ki, Agni-III raketi 3,5 min km-ə qədər uçuş məsafəsinə malikdir. Uzunluğu 17 metr, diametri 2 metr və buraxılış çəkisi isə təxminən 50 tondur.

Teqlər: