Hindistanın xarici işlər naziri Subramanyan Cayşankar Rusiyaya səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, Subramanyan Cayşankar səfər zamanı rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, Prezident Vladimir Putin də Hindistan XİN başçısını qəbul edəcək.