Hindistan xarici işlər naziri Subramanyan Cayşankar yaxın günlərdə İrana səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Hindustan Tayms” məlumat yayıb.
Məlumata görə, səfər zamanı Cayşankar Yaxın Şərqdə kəskinləşən böhranı müzakirə etmək və İran rəhbərliyini Yaxın Şərq regionunda qlobal problemlərin yumşaldılması üçün fəaliyyətə cəlb etməyə çalışacaq.
Qəzet yazıb ki, səfər ABŞ və Böyük Britaniyanın Yəməndəki husilərin mövqelərinə vurduğu zərbə fonunda baş tutacaq.