Kazanda 22-24 okytabrda baş tutan BRİKS sammitində Türkiyənin birliyə üzvlüyünə Hindistanın əngəl olması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.
“Digər ölkələrin BRİKS-ə üzvlüyü məsələsi Prezident Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi liderlərin genişləndirilmiş iclasının gündəmində deyildi. Hindistanın Türkiyənin BRİKS-ə üzvlüyünə mane olması ilə bağlı yayılan məlumat isə həqiqətdən uzaqdır”, – deyə bildirilib.
Qeyd edək ki, Almaniyanın “Bild” nəşrinin iddiasına görə, Ankaranın BRİKS-ə qoşulmasına Hindistan Türkiyə ilə Pakistan arasındakı sıx münasibətlərə görə mane olur.